Alimlərə medal və diplom verilib
Tarix: 16-10-2018 19:11 | Bölmə: Xəbər lenti
Alimlərə medal və diplom verilib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam verib.

Reyting.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:

Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.

***

Digər sərəncama əsasən, Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar:


Əliyev Tərbiz Nəsib oğlu

İmanov Nazim Müzəffər oğlu

Musayev Akif Fərhad oğlu

Sultanova Rəna Polad qızı

Yüzbaşıyeva Gülşən Zahid qızı.




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu