Birinci ledinin təyyarəsi məcburi eniş etdi
Tarix: 17-10-2018 18:39 | Bölmə: Xəbər lenti
Birinci ledinin təyyarəsi məcburi eniş etdi

ABŞ-ın birinci ledisi Melanya Trampın olduğu təyyarə göyərtəsində tüstülənmə olması səbəbindən məcburi eniş edib.

Reyting.az bildirir CNN-nin məlumatına görə, uçuşdan təxminən 10 dəqiqə sonra təyyarənin ön hissəsində tüstü izləri yaranıb, yanıq qoxusu hiis olunub.

Təyyarə Vaşinqton ətrafındakı Endryus hava bazasına uğurlu eniş edib.

Məlumata görə, insidentə səbəb, çox güman ki, müxaniki nasazlıq olub.

Melanya Tramp Filadelfiyaya bir qrup uşaqla görüşə gedirmiş.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu