10:21 / 19-11-2018
Futbolçu özünü öldürüb
Nazir məktəb direktoru vəzifəsinə qəbulla bağlı əmr imzalayıb
Tarix: 18-10-2018 20:59 | Bölmə: Xəbər lenti
Nazir məktəb direktoru vəzifəsinə qəbulla bağlı əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov bu gün "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyi bildirir ki, əmrə əsasən, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları” təsdiq edilib.

Bununla da direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apellyasiya komissiyaları yaradılıb: "Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş əsasda dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron qaydada keçirilir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, pedaqoji stajı 5 ildən az olmayan (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər".

Müsabiqənin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu