Rusiyada zavodda partlayış olub: Ölənlər var
Tarix: 19-10-2018 19:14 | Bölmə: Xəbər lenti
Rusiyada zavodda partlayış olub: Ölənlər var

Sankt-Peterburq yaxınlığındakı Qatçində “Avanqard” pirotexnika zavodnda partlayış baş verib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, partlayış zamanı binada olan 5 nəfərdən ikisi ölüb.

Yaralanan iki nəfər dağıntılar altından çıxarılıb.

“Daha iki, yaxud 3 nəfərin dağlntılar altında qalması mümkündür. Xilasedicilər dağıntılar altında axtarış aparır”, - məlumatda bildirilir.

Fövqəladə hallar xidmətindən verilən məlumata görə, partlayış texniki xarakterli olub, binanın 4 mərtəbəsi dağılıb. Partlayışdan sonra 3 minik avtomobili yanıb.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}