Gürcüstan öz ərazisində təbii qaz axtarır - Qoçitaşvili
Tarix: 19-10-2018 23:29 | Bölmə: Xəbər lenti
Gürcüstan öz ərazisində təbii qaz axtarır

Gürcüstan təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb.

Bunu Gürcüstanın Neft və Qaz Korporasiyasının nümayəndəsi Temur Qoçitaşvili yerli “Maestro” kanalına bildirib.

O deyib ki, axtarış üzrə əməliyyatları “Schlumberger Rustaveli Company” şirkəti həyata keçirir:

“Təbii qaz ehtiyatları 5 min metr dərinlikdə çöküntülü süxurlarda axtarılır. Bu, Gürcüstanda ilk dəfədir həyata keçirilir”.

T. Qoçitaşvili qeyd edib ki, axtarış işləri adətən neft ehtiyatlarının aşkar olunduğu orta eosen adlanan çöküntü qatında (3500 metr) aparılır.(Report)




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu