12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Gəncə, Beyləqan və Masallıda narkotik əməliyyatı
Tarix: 20-10-2018 12:44 | Bölmə: Xəbər lenti
Gəncə, Beyləqan və Masallıda narkotik əməliyyatı

Oktyabrın 19-da Azərbaycanda 27 kiloqrama yaxın narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsindəki Regional Şöbəsi əməkdaşlarının əldə etdiyi məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elman Həsənovun evindən çəkisi 25 kiloqram 882 qram marixuana aşkar edilərək götürülüb.

Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köçərli kənd sakini Tarix Gülverdizadənin idarə etdiyi “Mercedes” markalı avtomobildən 208 ədəd, şəhər sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırovdan isə 53 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Cahid Bağırova həbləri satmaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Səid Məmmədli də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:06 Sabahın hava proqnozu