Oğurlanan ən gənc milyarder evə qayıdıb
Tarix: 20-10-2018 13:23 | Bölmə: Xəbər lenti
Oğurlanan ən gənc milyarder evə qayıdıb

Oktyabrı 11-də Tanzaniyadakı dəbdəbəli hotelin yaxınlğında oğurlanan Afrikanın ən gənc milyarderi 43 yaşlı Məhəmməd Devdci sağ-salamat evə qayıdıb.

Reyting.az bildirir ki, “Forbes”in hesablamasına görə, onun varidatı milyard yarım dollardır.

O, Afrikanın varlı adamlarının reytinqində 17-ci yerdədir və siyahıda ən gənc milyarder hesab edilir.

- Mən Allaha minnətdəram ki, evimə salamat qayıtmışam. Mən bütün həmvətənlərimə və dünyadakı insanlara duaları üçün minnətdəram. Mən Tanzaniya hökumətinə, polis qüvvələrinə təhlükəsiz qayıdışım üçün təşəkkür edirəm, - Devdci özünün METL Group şirkətinin Twitter-akkauntunda qeyd edib.

Bununla belə, o, necə və belə tezliklə azadlığa qovuşduğunu açıqlamayıb.

Milyarderin oğurlanmasını araşdıran polis 20-yə qədər adamı həbs edib.

Devdcinin ailəsi isə oğurluqla bağlı məlumata görə 440 min ABŞ dolları mükafat vəd etdmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu