Niderlandın keçmiş baş naziri vəfat edib
Tarix: 20-10-2018 23:37 | Bölmə: Xəbər lenti
Niderlandın keçmiş baş naziri vəfat edib

Niderlandın keçmiş baş naziri Villem Kok vəfat edib.

Reyting.az bildirir ki, “Reuters”in məlumatına görə, 80 yaşlı Kok ürək çatışmazlığı nəticəsində Amsterdamın xəstəxanalarından birində ölüb.

Villem Kok 1989-cu ildən 1994-cü ilədək maliyyə naziri işləyib.

1994-cü ildən 2002-ci ilədək Niderlandın baş naziri olub.

Siyasətdən gedəndən sonra bəzi korporasiyaların rəhbərliyinə daxil olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu