Sahə rəisinin meyiti tapılıb
Tarix: 21-10-2018 10:02 | Bölmə: Xəbər lenti
Sahə rəisinin meyiti tapılıb

İmişli rayonunun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi meyiti aşkarlanıb.

Reyting.az
-ın “Report”a istinadla verdiyi məlumata görə, sonradan məlum olub ki, aşkarlanan cəsəd əslən rayonun Oruclu kəndindən olan və Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A. Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu