Camal Qaşıqçının son görüntüləri ortaya çıxdı - Fotolar
Tarix: 21-10-2018 14:41 | Bölmə: Xəbər lenti
Camal Qaşıqçının son görüntüləri ortaya çıxdı


İstanbuldakı Səudiyyə Ərəbistanının konsulluq binasında öldürüldüyü açıqlanan Camal Qaşıqçının son görüntüləri ortaya çıxıb.


Reyting.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülərin Camal Qaşıqçının öldürüldüyü günün səhərinə aidolduğu bildirilir.

Camal Qaşıqçının son görüntüləri ortaya çıxdı

Qaşıqçının öldürməzdən 7 gün əvvəl Topqapıda bir ev satın aldığı müəyyən olunub. Məhz o evin yerləşdiyi binada qeyd edilən görüntülər yayılıb.

Görüntülərdə səhərə yaxın saat 04:58-də Camal Qaşıqçı və nişanlısı Xədicə Çingizin evə girdiyi görünür. Daha sonra evdən ayrılan Qaşıqçı və nişanlısı saat 12:17-də təkrar evə daxil olur.

Camal Qaşıqçının son görüntüləri ortaya çıxdı

Səudiyyə Ərəbistanı rəhbərliyi, oktyabrın 2-də İstanbuldakı Baş Konsulluğa girdikdən sonra xəbər alınmayan səudiyyəli jurnalist Camal Qaşıqçının "konsulluq binasında baş verən dava-dalaş nəticəsində öldüyünü" açıqlamışdı.

Camal Qaşıqçının son görüntüləri ortaya çıxdı

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərdə, Səudiyyə Ərəbistanı prokurorluğunun apardığı istintaq nəticəsində, Camal Qaşıqçının İstanbul Baş Konsulluğuna gəldiyi zaman burada olan, "başqa səudiyyəli vətəndaşlarla mübahisə başladığı, mübahisənin davaya çevrilməsi və bunun nəticəsində Qaşıqçının həyatını itirdiyi" bildirilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu