Qubalı kişi arvadını Bakıda öldürdü
Tarix: 21-10-2018 18:05 | Bölmə: Xəbər lenti
Qubalı kişi arvadını Bakıda öldürdü

Quba rayonu, Ərməkiqışlaq kənd sakini Fazil Hüseynov həyat yoldaşı Xoşqədəm Hüseynovanı Bakıda kirayə qaldıqları mənzildə qətlə yetirib.

Reyting.az “qafqazinfo”ya istinadən bildirir ki, o, bıçaqla həyat yoldaşının boğaz nayihəsinə vuraraq öldürüb.

Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu