Azərbaycanda abort etdirən yeniyetmələrin sayı artıb
Tarix: 22-10-2018 11:21 | Bölmə: Xəbərlər
Azərbaycanda abort etdirən yeniyetmələrin sayı artıb

Azərbaycanda 2017-ci ildə ölü doğulanlar da daxil olmaqla 142,7 min (2016-cı ildə 158,1 min) doğuş qeydə alınıb.

Reyting.az-ın xəbərinə görə, həmin müddətdə 37,618 min nəfər (2016-cı ildə 34 569 min) abort etdirib.

Abortların ümumi sayından 12,3 mini (2016-cı ildə 10,5 min) mini-abortların payına düşüb.

Eyni zamanda, abort edilənlər arasnda yaşları 15-19 arasında olan qadınların sayı 1605 (2016-cı il 1 261), onlardan da 15-17 yaşında olanlar 46 nəfər (2016-cı il 19), yaşları 18-19 olanlar isə 1 559 nəfər (2016-cı il 1 242) təşkil edib.

Bundan əlavə, 9 583 nəfərin yaşı 20-24, 11 706 nəfərin yaşı 25-29, 9 856 nəfərin yaşı 30-34, 4 868 nəfərin yaşı isə 35-49 arasnda olub.(report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}