Baş nazirə 72 saat vaxt verildi - Səbəb
Tarix: 22-10-2018 15:50 | Bölmə: Xəbərlər
Baş nazirə 72 saat vaxt verildi

Tori partiyasının üzvləri Böyük Britaniyanın baş naziri Tereza Meyə öz vəzifəsini saxlamaq üçün 72 saat vaxt veriblər.

Reytinq.az bildirir ki, “The Sunday Times”in yazdığına görə, mühafizəkarlar Meyin dövləti idarə etməsindən, o cümlədən Brexit prosesindən (Britaniyanın Avropa İttifaqından çıxması) narazıdırlar.

Məlumata görə, Mühafizəkarlar partiyasının üzvü və keçmiş hərbçi Connu Merser parlamentarları Tereza Meyi vəzifəsindən devirməyə çağırıb.

Onun sözlərinə görə, Britaniya dövlətinə Birləşmiş Krallığın tarixi üçün belə dönüş məqamında idarəçiliyi həyata keçirə bilməyən kimsə rəhbərlik edə bilməz.

Merserin sözlərinə görə, Tereza Mey bu həftə etimadsızlıq rəyi ilə üzləşə bilər, çünki “pariyaların bütün qanadları” Böyük Britaniyanın baş nazirinə qarşı birləşiblər.

Britaniya hökumətinin başçısı hazırda “məğlubiyyət zonası”ndadır. Britaniyanın Brexit üzrə keçmiş naziri Devid Devis söyləyib.

Qəzet yazır ki, Mey üçün birbaşa təhlükə təkcə Devisdən, həm də Britaniyanın keçmiş xarici işlər naziri Boris Consondan da gəlir.

Nazirlər Kabinetindəki mənbələrdən biri isə qeyd edir ki, Tereza Mey Brexitə yanaşmanı heç cür dəyişmədiyinə görə öz hökumətini təhlükəyə məruz qoyurə

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}