Krımda kütləvi qətl törədilən kollecdə partlayış olub
Tarix: 22-10-2018 17:57 | Bölmə: Xəbər lenti
Krımda kütləvi qətl törədilən kollecdə partlayış olub

Kerçdəki politexnik kollecinin binasında partlayış baş verib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, hadisə nəticəsində qadın yaralanıb.

Hadisənin ikimərtəbəli binanın birinci mərtəbəsində, “Xoş xəbər” dini təşkilatının yerləşdiyi ərazidə qeydə alındığı bildirilir.

Partlayışdan sonra yanğın olsa da, dağıntı qeydə alınmayıb.

13 nəfər binadan evaukasiya edilib. Yaralanan qadın Kerçdəki bir saylı şəhər xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, binada qaz balonları dəyişdirilən zaman onlardan birini yerə salıblar. Onun düşməsi nəticəsində ventil sıradan çıxıb və qaz sızması baş verib.

Ötən həftə politexnik kollecində dördüncü kurs tələbəsi Vyaçeslav Roslyakov bomba partladandan sonra atəş açıb. Nəticədə 21 nəfər (tələbə özünü də öldürüb) ölüb, 73 nəfər yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu