Səhər metroda problem yarandı - Səbəb
Tarix: 23-10-2018 10:00 | Bölmə: Xəbərlər
Səhər metroda problem yarandı

Oktyabrın 23-də səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Reyting.az xəbər verir ki, “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "report"a faktı təsdiq edib: “Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb".

Bəxtiyar Məmmədov həmin marşrut üzrə hərəkət edən digər qatarın "Nizami" stansiyasında bir neçə dəqiqə yubanmasına da aydınlıq gətirib: "Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}