Üç Azərbaycan vətəndaşı Dərbənddə faciəli şəkildə ölüb
Tarix: 23-10-2018 11:50 | Bölmə: Xəbərlər
Üç Azərbaycan vətəndaşı Dərbənddə faciəli şəkildə ölüb

Azərbaycandan Dərbəndə işləməyə gedən 3 nəfər tikintisi davam edən hündürmərtəbəli binadan yıxılaraq ölüb.

Reyting.az bildirir ki, Dağıstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faciə oktyabrın 23-də səhər saatlarında qeydə alınıb.

Onların təhlükəsizlik qaydalarına əməl etmədikləri səbəbindən hündürlükdən yıxıldıqları bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}