Elmar Vəliyevi öldürməyə cəhd edənin həbs müddəti uzadıldı - Foto
Tarix: 23-10-2018 18:14 | Bölmə: Xəbərlər
Elmar Vəliyevi öldürməyə cəhd edənin həbs müddəti uzadıldı

Nəsimi rayon Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərov, onun qohumu, Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması, təşkil edilməsində ittiham olunan Ceyhun Qurbanov və Aydın Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Reyting.az bildirir ki, prosesdə elan olunan qərara əsasən, hər üç şəxsin həbs müddəti daha 4 ay artırılıb.

Elmar Vəliyevi öldürməyə cəhd edənin həbs müddəti uzadıldı

2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Baş prokuror Zakir Qaralovun bildirdiyinə görə, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}