Məhkəmə Təranə Qumrala qarşı qərar verib
Tarix: 02-11-2018 22:58 | Bölmə: Xəbərlər
Məhkəmə Təranə Qumrala qarşı qərar verib

Müğənni Təranə Qumralın barəsində olan cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Təranə Qumralın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təranə Qumral 4 min manat cərimələnib.

Xatırladaq ki, müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb. Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum”,- deyib. Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.

Təranə Qumral Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməsi barədə qətnamə çıxarılıb. Lakin Təranə Qumral məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Təranə Qumral Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarlarını icra etməkdən boyun qaçırma) maddəsi ilə ittiham elan edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}