14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Polis 31 şübhəli şəxsi saxlayıb - DİN
Tarix: 03-11-2018 10:31 | Bölmə: Xəbərlər
Polis 31 şübhəli şəxsi saxlayıb

Noyabrın 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}