14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Almaniya polisi erməni mafiyasının fəallığından narahatdır
Tarix: 03-11-2018 15:29 | Bölmə: Xəbərlər
Almaniya polisi erməni mafiyasının fəallığından narahatdır

Qafqaz regionundan olan mütəşəkkil cinayətkar qruplaşmalar Almaniyada güclü cinayətkar infrastruktur qurublar.

Reyting.az bildirir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Nəşrin yazdığına görə, Federal polisin cinayət idarəsi torpaq polis idarələri ilə birgə 3 ildir erməni mafiyasının nümayəndələrinin saxzlanılması istiqamətində gizli əməliyyat keçirir.

Almaniyanın cinayət axtarış polisinin əməkdaşlarına araşdırmada BND federal kəşfiyyat xidməti Avropol yardım edir. Lakin Federal polisin cinayət idarəsi araşdırma iştirakçılarına Ermənistanın Almaniyadakı diplomatik missiyasının yardımını qəbul etməməyi məsləhət görüb. Çünki müstənqitlər “qanuni oğrular”ın Ermənistan dövlət strukturları nın nümayəndələri bağlılıqlarının olduğunu istisna etmirlər.

Ermənistanlı “qanunçular”ın cinayətkar fəaliyyətində şübhəlilərin adlarının “Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının yüksək vəzifəli avtoritetləri kimi” xarakterizə olunub-olinmadığı haqda xəbər verilmir.

“Der Spiegel”də o da qeyd edilir ki, Fight against thieves in law (“Qanuni oğrularla mübarizə”) adlı əməliyyatın geniş miqyaslılığına baxmayaraq, bu prosesdə iştirak edən bəzi xüsusi xidmətlər real uğura hələ ki nail ola bilməyib.

Almaniyada “erməni mafiyası”nın mövcudluğu haqda 2014-cü ildən danışılmağa başlayıb. Həmin ilin iyul ayında Erfurt şəhərində iki cinayətkar klan arasında atışma baş verib. Lakin dəlillərin azlığı səbəbindən araşdırma nəticəsində hələ ki ittihamların irəli sürülməsinə və cinayət işinin açılmasına gətirib çıxarmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}