İki bacı lentlə bir-birini bağlayıb intihar etdilər
Tarix: 03-11-2018 16:58 | Bölmə: Xəbərlər
İki bacı lentlə bir-birini bağlayıb intihar etdilər

Səudiyyə Ərəbistanına qayıtmaqdansa ölümə üstünlük verən iki gənc bacının meyiti Qudzon çayından çıxarılıb.

Reyting.az xəbər verir ki, 16 yaşlı Tala Farea və 22 yaşlı Ratana Farea bir-birinə lentlə bağlı olublar.

Nyu-York polisinin detektiv şöbəsinin rəhbəri Dermot Şeanın sözlərinə görə, qızlar Virciniya ştatında yaşayıblar.

“Hazırda bizim Nyu-Yorkda cinayət baş verməsi ehtimalı ilə bağlı informasiyamız yoxdur, lakin bu istiqamətdə araşdırma gedir”, - o, mətbuat konfransında söyləyib.

Şöbə rəhbəri onu da xəbər verib ki, Vircinayadakı mənbələr qızların Səudiyyə Ərəbistanına qayıtmaqdansa, özlərinə zərər verməyi qərara alıblar.

Qeyd edilir ki, qızlar avqust ayının axırına qədər ev zorakılığı qurbanlarının mərkəzində yaşayıblar və Nyu-Yorka sentyabrın 1-də gələrək yüksək səviyyəli hoteldə qalıblar.

Polisdən verilən məlumata görə, bacılar ABŞ-da 3 ilə yaxın idi yaşayıblar, evdə zorakılığa məruz qaldıqları səbəbindən bu ölkədən sığınacaq istəyiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}