Sumqayıtda kəsilmiş insan başı tapılıb
Tarix: 03-11-2018 17:33 | Bölmə: Xəbərlər
Sumqayıtda kəsilmiş insan başı tapılıb

Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində dəmir yolu xətti ətrafında qaralmış naməlum insan başı aşkar edilib.

Reyting.az “report”a instinadən bildirir ki, insan başı ərazidə qazıntı işləri aparılarkən üzə çıxıb.

Ətrafda yaşayanlar hüquq-mühafisə orqanlarına məlumat verilib. Bakı və Sumqayıtdan olan ekspertlər ərazidə aşkar edilən insan başının skeletini götürərək eksperteziya göndəriblər.

Yaxınlıqda yaşayan insanlar bildiriblər ki, ərazidə tikilmiş evlərin həyətlərinə vaxtı ilə qıraq yerlərdən çoxlu torpaq daşınaraq boşadılıb. Ehtimal edilir ki, insan başı həmin torpaqlara qarışaraq gətirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}