Hərbi Hava Qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb - Misirdə
Tarix: 03-11-2018 18:24 | Bölmə: Xəbər lenti
Hərbi Hava Qüvvələrinə məxsus qırıcı qəzaya uğrayıb

Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "MiQ-29M" qırıcısı təlim uçuşları zamanı qəzaya uğrayıb.

Bu barədə Birləşmiş Təyyarəqayırma Korporasiyasına istinadla RİA "Novosti" məlumat yayıb.

"Bizdə Misir HHQ-nin "MiQ-29M" qırıcısının qəzaya uğradığı barədə təcili xəbər var. Yaxın vaxtlarda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasına köməklik göstərmək üçün Misirə yollanacaq", - deyə məlumatda qeyd olunur.

Qəzaya uğrayan təyyarə Rusiyanın 2018-ci ildə kommersiya müqaviləsi çərçivəsində Misirə göndərdiyi "MiQ-29M/M2" qırıcılarından biridir.

Pilotun katapult etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl İranın “Kowsar” tipli qırıcı təyyarələrin kütləvi istehsalına başladığı məlumat verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu