Dəfnindən iki ay sonra evə qayıtdı
Tarix: 04-11-2018 17:49 | Bölmə: Xəbərlər
Dəfnindən iki ay sonra evə qayıtdı

Qazaxıstanın Tomarla kənd sakini 63 yaşlı Aytali Supuqailev bu ilin iyun ayında evdən çıxaraq qayıtmayıb.

Reyting.az bildirir ki, qohumları polisə müraciət edəndən sonra onları tanımaq üçün meyitxanaya dəvət ediblər.

Meyit isti olduğundan tanınmaz hala düşüb. DNK analizi göstərib ki, ölən 99,92 faiz Ayqalı Supuqalievə məxsusdur.

Dəfnindən iki ay sonra evə qayıtdı

“Biz onun qalıqların evə gətirdik. Oktyabrın 4-də Juldız mikrorayonundakı müsəlman qəbiristanlığında dəfn etdik. Ehsan vermişik, ölümü haqda şəhadətnamə də almışıq”, - kiçik qardaşı deyib.

Qohumları qəbirüstü başdaşı sifariş ediblər, kişi axtarışda olduğu zaman aldıqları pensiyanı dövlətə qaytarıblar.

Lakin kişi ötən həftə evə qayıdıb. Onun söylədiyinə görə, bazarda tanış olduğu adam onu Artırausk vilayətindəki rayonlardan birində kənd təsərrüfatı sahəsində müvəqqəti işləməyi təklif edib.

Ayqalı 4 ay sonra evinə qayıtmağı qərara alıb.

Supuqalievin ailəsi məhkəmə ekspertiza institutunu və ekspertləri məhkəməyə verməyə hazırlaşır. Ayqalinin yerinə kimin dəfn edildiyi haqda məlumat verilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}