17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Üstünə turşu atılan məmur qadın öldü - Həbslər var
Tarix: 04-11-2018 18:29 | Bölmə: Xəbərlər
Üstünə turşu atılan məmur qadın öldü

Yayda üstünə sulfat turşusu atılan ukraynalı məmur və fəal Katerina Qandzyuk xəstəxanada ölüb.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, bu barədə qadının dostları “Facebook” məlumat yayıblar.

Ukrayna prezidenti Pyotr Poroşenko Qantzyukun ölümündə günagkar olanların tapılmasını tələb edib.

“İndicə mənə məlumat veriblər ki, vəhşi insanların hücumua məruz qalan fəal Katerina Qandzyuk ölüb”, - Poroşenko söyləyib.

Türkiyədə səfərdə olan prezident güc strukturlarına qatillərin tapılıb cəzalandırılması göstərişini verib.

Qandzyukun üstünə iyulun 31-də Xersondakı evinin yaxınlığında sulfat turşusu atıblar. Qadını yanıq xəsarətləri ilə yerli xəstəxanaya, sonra Kiyevdəki klinikaya yerləşdiriblər.

Oktyabrın 19-da Ukrayna Milli polisi rəhbərinin müavini Vyaçeslav Abroskin Qandzyuka hücumda şübhəli bilinən 5 nəfərin saxlanılması hada məlumat verib. Onlardan ikisi barəsində həbs qətimkan tədbiri seçilib, üçü ev dustaqlığındadır.

İstintaqın ehtimalına görə, hücum Qandzyukun işi, yaxud siyası fəaliyyəti ilə bağlıdır.

Sentyabrın ortalarında baş prokuror Yuri Lutsenko söyləyib ki, sui-qəsdin mümkün təşkilatçısı ifadə verməyə hazırdır.

Katerina Qandzyuk Xerson merinin müşaviri işləyib, Xerson şəhər soveti icraiyyə komitəsinin işlər idarəsinin vəzifəsini icra edib.

2003-2015-ci illərdə “Batkivşina” partiyasının fəallarından biri olub. Avromaydandakı “narıncı” inqilabda iştirak edib. Korrupsiya əleyhinə araşdırma ilə məşğul olub,Xerson vilayətindəki məmurları və polisi tənqid edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}