“Mançester Siti” altı qol vurdu - Hesab
Tarix: 04-11-2018 20:23 | Bölmə: Xəbər lenti
“Mançester Siti” altı qol vurdu

İngiltərə Premyer-liqasının 11-ci turunda “Mançester Siti” “Sauthempyon”u 6:1 hesabı ilə darmadağın edib.

Reyting.az xəbər verir ki, Xosep Qvardiolanın komandası bu qələbədən sonra turnir cədvəlinə başçılıq edir.

Hesab 6-cı dəqiqədə açılıb. Qonaqların oyunçusu Uesli Xudt topu öz qapısından keçirib.

Mankunianların heyətində iki dəfə Rahim Sterlinq fərqlənib. Qalan qolları Serxio Aquero, David Silva və Leroy Sane vurublar.

“Sauthempton”un yeganə qolu 30-cu dəqiqədə vurulub. Denni İnqs onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu