16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prokuror Fədayə Laçına cəza istədi - Məhkəmə
Tarix: 05-11-2018 11:27 | Bölmə: Xəbərlər
Prokuror Fədayə Laçına cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlərə cəza istənilib.

Reyting.az xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı Orxan Kəngərli müğənni Fədayə Laçının 6 il, Əli Ağaminin 20 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, "Qoca"nın tanışları və ona qaçmaqda kömək edənlər - Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə, prokuror Əli Ağamiyə bu iş üzrə 11 il cəza istəyib. O, qətldə təqsirləndirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Buna görə cəzalar birləşdirilməklə ona ümumi 20 il cəza istəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}