Sumqayıtda atası ölən məktəbli qız intihar edib
Tarix: 05-11-2018 17:30 | Bölmə: Xəbərlər
Sumqayıtda atası ölən məktəbli qız intihar edib

Sumqayıt şəhərində 16 yaşlı Fatimə İsmayılzadə özünü yaşadığı evdə asıb.

Reyting.az report-a istinadən bildirir ki, ailəsindən verilən məlumata görə, Fatimə 1 il bundan əvvəl dünyasını dəyişən atasının ölümündən sonra sarsıntı keçirib.

İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan Fatimə İsmayılzadə intihar edib.

Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd edib. Lakin ailəsinin köməkliyi ilə ölümdən xilas edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}