Bu gün ölkəmizdə teleradio gündür
Tarix: 06-11-2018 08:14 | Bölmə: Xəbər lenti
Bu gün ölkəmizdə teleradio gündür

Bu gün Azərbaycanda televiziyanın yaranmasının 62, radionun yaranmasının 92-ci ili tamam olur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir.

Qeyd edək ki, Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu