16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı - Foto
Tarix: 06-11-2018 09:37 | Bölmə: Xəbərlər
Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyəti müvəqqəti dayandırılan iki vəkildən birinin kimliyi bəlli olub. Onlardan biri vəkil Aqil Layıcovdur. A.Layıcov hazırda həbsdə olan "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edir.

Qeyd edək ki, kollegiyanın yanvarın 22-də keçirilən iclasında A. Layıcova töhmət verilmişdi. Həmin iclasda Cahangir Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik dayandırılmışdı. Bu dəfə isə A. Layıcovun fəaliyyəti 6 aylıq dayandırılıb.

Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı
A. Layıcov

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmədə təqsirləndirilən və 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyevlə bağlı yeni cinayət işi başlanılıb. Hazırda istintaq tamamlanıb və C. Hacıyev materiallarla tanış olur. Yaxın vaxtlarda işin məhkəməyə göndəriləcəyi gözlənilir.

C. Hacıyev bu dəfə bankın Moskva filialındakı yeyintilərə görə ittiham olunur.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}