16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Terrora cəhd edən erməninin məhkəməsi başladı
Tarix: 06-11-2018 10:47 | Bölmə: Xəbərlər
Terrora cəhd edən erməninin məhkəməsi başladı

Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədən düşmənin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində proses başlayıb.

Reyting.az bildirir ki, Karen Kazaryan bu il iyulun 15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən sağ ələ keçirilən Karen Kazaryanla bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Karen Kazaryana Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 214.2.1-ci (terrorçuluq - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 282.1-ci (təxribat), 276-cı (casusluq) və 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il iyulun 15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü Karen Kazaryan canlı ələ keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}