07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Naxçıvandan Türkiyəyə narkotik keçirilməsinin qarşısı alınıb
Tarix: 07-11-2018 11:57 | Bölmə: Xəbərlər
Naxçıvandan Türkiyəyə  narkotik  keçirilməsinin qarşısı alınıb

Naxçıvan Muxtar Respublikasına gələn 51 yaşlı Türkiyə vətəndaşı Bəkir Koroğlunun idarə etdiyi 79 EE 567 dövlət nömrə nişanlı "Renault" markalı yük maşınına Culfa gömrük-sərhəd buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Reyting.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrükçülər qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 104 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 105,4 kq narkotik vasitə - heroin aşkar edərək götürüb.

Naxçıvandan Türkiyəyə  narkotik  keçirilməsinin qarşısı alınıb

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə Türkiyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İstanbul şəhərinə aparacağını deyib.

Faktla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}