Deputat maaşlarının artırılmasını istəyir - Təklif
Tarix: 07-11-2018 12:26 | Bölmə: Xəbərlər
Deputat maaşlarının artırılmasını istəyir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev gələn ilin büdcə layihəsinin komitələrdə müzakirəsi zamanı deputatların əmək haqlarının artırılmasını təklif edib.

Reyting.az-ın xəbərinə görə, o deyib ki, prezident 2017-ci il mayın 1-də yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyinin təyin etdiyi cərimələrin 25 faizinin 5 faizinin, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizinin Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilməsi haqqında fərmaq imzalayıb.

“Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək.

Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Yaxud cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”, - Qüdrət Həsənquliyev vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}