Şəhid ailələlərindən 200-dən çox şikayət daxil olub
Tarix: 07-11-2018 16:11 | Bölmə: Xəbərlər
Şəhid ailələlərindən 200-dən çox şikayət daxil olub

"Vaxtilə sığorta ödənişi alan şəhid hərbi qulluqçuların vərəsələri tərəfindən 200-dən çox ərizə daxil olub. Onların arasında kollektiv formada və ya fərdi qaydada ərizələr də var".

Reyting.az
-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının İdarə heyətinin sədr müavini Aftandil Hacıyev jurnaslitlərə açıqlamasında deyib.

A. Hacıyev qeyd edib ki, gələn şikayətlərin 20-30 faizi araşdırılıb:

“Ümumilikdə vərəsələrə verilən ödənişləri almadığını bildirən 99 nəfər ərizə yazıb. Amma onlar heç ad yazmayıb və hansı şəhidin yaxını olduğunu demirlər. Sadəcə, nömrə qoyublar. Biz onların hər biri ilə əlaqə saxlamışıq. Gələn hər bir şikayət araşdırılır”.
Sədr müavini deyib ki, digər şikayətlərə aidiyyatı qurumlardan sənəd alındıqdan sonra cavab veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}