16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
100 manat rüşvət alan gömrük mayoru işdən çıxarıldı
Tarix: 07-11-2018 18:17 | Bölmə: Xəbərlər
100 manat rüşvət alan gömrük mayoru işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin mayoru Ayaz Cəfərəliyev rüşvətə görə vəzifəsindən azad edilib.

Reyting.az-a komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Ayaz Cəfərəliyev "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edib.

O, "S3 Safety" Məhdud Məsuliyyətli Cəmiyyətin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəşad Rəhimovdan istədiyi 100 manat qanunsuz pulu alıb.

Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Ayaz Cəfərəliyev "Gömrük orqanlarında xidmət haqqında" əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib.

Ayaz Cəfərəliyev və Rəşad Rəhimov barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}