18:12 / 14-11-2018
Yerevanda atışma
Bakıda iki metro stansiyası istifadəyə veriləcək
Tarix: 08-11-2018 15:30 | Bölmə: Xəbər lenti
Bakıda iki metro stansiyası istifadəyə veriləcək

Bakı metropolitenin “Bənövşəyi xətt”in 3-cü stansiyasının tikintisi davam etdirilir və bu ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

Reyting.az bildirir ki, bu haqda “Bakı Metropoliteni”nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov məlumat verib.

Onun sözlərinə görə, qısa müddətdə “Bakımetrolayihə” institutunun işi və ən zəruri layihələr hazırlanıb: "Bunun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımi səviyyədə aparılır. ''Bakı Metropoliteni''nin qarşıda duran əsas vəzifələrdən biri eyni müstəvidə yerləşən qırmızı və yaşıl xətlərin bir-birindən ayrılmasıdır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu