07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Mia.az-ın yaranmasından 10 il ötür - Foto
Tarix: 09-11-2018 13:47 | Bölmə: Xəbərlər
Mia.az-ın yaranmasından 10 il ötür

Bu gün Azərbaycan elektron media qurumları arasında öz çəkisi və reytinqi ilə tanınan Müstəqil İnformasiya Agentliyinin (Mia.az) yaranmasından 10 il ötür. Bu illər ərzində saytda hər yükü üzərinə götürən kollektivin işi ilə maraqlandıq.

MİA-nın baş redaktoru Zaur Əhməd ötən 10 ilə nəzər salaraq, əvvəlcə agentliyinin adının yaranma tarixindən söz açıb və bir sıra maraqlı məqamlara toxundu:

"MİA adını "Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli və digər iş yoldaşlarımızla birgə müəyyənləşdirmişdik. Müstəqil İnformasiya Agentliyi təsis olundu və baş hərflərdən ibarət domen aldıq. Bundan sonra saytı qurduq və fəaliyyətə baladıq.

O dövrdə insanlar ən çox qəzetlərdə və televiziyalarda xəbərlərlə tanış olurdular. Təbii ki, saytlar da var idi, amma bir o qədər ciddi auditoriyası yox idi. Saytlar daha çox əyləncə xarakterli mənbə hesab olunurdu. Amma, biz bu işin öhdəsindən gələcəyinə əmin idik və bu əminliyin üzərindən artıq 10 ötüb”.

Baş redaktor çətinliklərin çox olduğunu bildirdi: “Bəzən tam mənasında müstəqil olmaq çətindir. Amma, buna baxmayaraq, Azərbaycanda azad media ab-havası olduqca, bu müstəqilliyə doğru irəliləyirik”.

Mia.az-ın yaranmasından 10 il ötür

Z. Əhməd qeyd edib ki, saytın fəaliyyətində texniki çətinliklər də mövcuddur: “Bununla yanaşı, saytda on-line daim olmalıdır və əks halda oxucu digər xəbər resursu axtarmaq məcburiyətində qalır. Bunun üçün səhərdən axşama, bəzən də gecədən səhərə kimi işləmək məcburiyətində qalırıq. Hətta Mia.az-ın əsas sütunu adlandırdığımız Fazil Əhməd çox vaxt bu yükü təkbaşına çəkir. Xüsusən admin və redaktə işləri çox vaxt apardığı üçün bəzən elə gün olur ki, redaksiyadan kənara çıxmaq mümkün olmur. O qədər qapalı yerdə qalırıq ki, havasızlıq bizi çox yorur. Belə desək, təmiz hava almaq bizim bir nömrəli problemimizdir (Gülür)”.

Baş redaktor deyir ki, bu 10 ildə gərgin və istirahətsiz iş bizi çox yorub: “Bütün bu və ya digər çətinliklərə baxmayaraq bizi düşündürən, bizə stimul verən və səhətimizdə yaranan problemləri arxa plana keçirən oxucularımızdır. Bu illər ərzində bizə inanan, oxuyan, yanımızda olan hər bir oxucumuza minnətdarıq. Onları daha obyektiv informasiya ilə təmin etməyə çalışırıq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}