16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Polis fahişələrə qarşı əməliyyat keçirib - Foto
Tarix: 09-11-2018 14:04 | Bölmə: Xəbərlər
Polis fahişələrə qarşı əməliyyat keçirib

Türkiyənin Karabük vilayətində fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirilib. Türkiyə KİV-ləri xəbər verir ki, aralarında iki bacının da olduğu 6 nəfər saxlanılıb.

Əməliyyat ötən gün Yüz il məhəlləsində keçirilib. Polis əməkdaşlarına həmin ünvanda yerləşən evlərdən birində fahişəliklə məşğul olanlarla bağlı məlumat daxil olub.

Evdə fahişəliklə məşğul olunduğu ehtimal olunan 29 yaşlı Rusiya vətəndaşı F.R, 45 və 19 yaşlı Azərbaycan vətəndaşları K.S və A.S, qadınlarla əlaqədə olan T.Ç, İ.Ö, M.A və qadınları pul qarşılığında fahişəliyə cəlb edən və K.S-nın bacısı olan 50 yaşlı L.M tutulublar.

Həmçinin evdən fahişəlik yolu ilə qazanılan 5 min 500 TL pul aşkar edilərək götürülüb. 6 nəfər hərəyə 521 lirə olmaq üzrə ümumilikdə 3 min 126 lirə cərimə olunublar.

Polis fahişələrə qarşı əməliyyat keçirib

Qadınlar Karabük Egitim və Araşdırma Xəstəxanasının zöhrəvi xəstəliklər şöbəsində müayinədən keçirilib. 4 qadın öz ölkələrinə göndərilmələri üçün Miqrasiya İdarəsinə aparılıblar.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}