Cahangir Hacıyevə qarşı daha bir qərar verilib - Məhkəmə
Tarix: 09-11-2018 17:16 | Bölmə: Xəbərlər
Cahangir Hacıyevə qarşı daha bir qərar verilib

2015-ci il dekabrın 5-də həbs edilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin cəzaçəkmə müəssisəindən istintaq təcridxanasına köçürülmə müddəti 2019-cu ilin yanvarın 15-nə qədər uzadılıb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə "Qafqazinfo”ya C. Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı 2 gün öncə hakim Rufan Mürsəlovun sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qeyd edək ki, C. Hacıyev 14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}