16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
10 jurnalistə qarşı ittiham irəli sürüldü - Səbəb
Tarix: 09-11-2018 18:28 | Bölmə: Xəbərlər
10 jurnalistə qarşı ittiham irəli sürüldü

Belarusun İstintaq komitəsi BELTA dövlət agentliyinin informasiyalarına qanunsuz daxil olmaqla bağlı 10 jurnalistə ittiham irəli sürülüb.

Reyting.az bildirir ki, Belarus jurnalistlər assosiasiyasının məlumatına görə, ittiham irəli sürülənlər TUT.BY nəşrinin 6 əməkdaşı, eləcə də BelaPAN-ın baş redaktoru İrina Levşin və agentliyin əməkdaşı Tatyana Korovenkovoy, “Deutsche Welle”nin müxbiri Pavlyuk Bıkovski və Realt.by portalının baş redaktoru Vladislav Kuletskidir.

Təqsirləndirilən şəxslərdən başqa yerə getməmək və lazımi davranış haqqında iltizam alıblar.

Xatırladaq ki, avqust ayının əvvəlində adları çəkilən media qurumlarının redaksiyalarında axtarış aparılıb. Sonradan İstintaq komitəsi BELTA agentliyinin informasiyalarına 2017-2018-ci illərdə qanunsuz girişlə bağlı cinayət işi qaldırıldığı haqda məlumat yayılıb.

20-yə yaxın jurnalist saxlanılmış və ifadələri alınmışdı. Sonradan hamısı buraxılmışdılar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}