16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yol qəzasında 10 nəfər xəsarət alıb
Tarix: 10-11-2018 11:36 | Bölmə: Xəbərlər
Yol qəzasında 10 nəfər xəsarət alıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}