12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Müdafiə naziri deputatı medalla təltif edib
Tarix: 12-11-2018 15:06 | Bölmə: Xəbər lenti
Müdafiə naziri deputatı medalla təltif edib

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc bu gün müdafiə naziri Zakir Həsənovun əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi medalı” ilə təltif edilib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə "Qafqazinfo”ya açıqlama verən Z. Oruc qeyd edib ki, 12 noyabr tarixində -müstəqilliyimizin və azadlığımızın simvolu olan Konstitusiyanın qəbulu günündə "Azərbaycan Ordusunun 100 illiyi medalı” ilə təltif olunmaq onun üçün qürurvericidir. O, bu medalla təltif edildiyinə görə müdafiə naziri Zakir Həsənova təşəkkür edib.

Deputat xatırladıb ki, son 5 ildə Silahlı Qüvvələrimizin Vətənin keşiyində daha rəşadət və igidliklə dayanması, Azərbaycanın ərazi bütünlüyü yolunda müqəddəs döyüşə hazır olduqlarını nümayiş etdirməsi danılmaz həqiqətlərdir:

"İndi inamla demək olar ki, 100 il ərzində döyüş meydanlarında bir millətin nizamlı ordu kimi çıxış edəcəyinə yönələn şübhələr tamamilə yerlə-yeksan olub. Müasir texnika və texnologiyaya sahib olan, təlimlərdə qüvvə toplayan ordumuz nəinki Cümhuriyyət dövrü, eləcə də 90-cı illərdəki silahlı hərbi dəstələrdən qat-qat güclüdür. 15 sentyabrda Azadlıq meydanında şərəflə addımlayan ordumuz hamımızın qürur mənbəyidir”.




Bölməyə aid digər xəbərlər