12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Müəllim dərsə qalstuksuz gələn tələbələri döyüb
Tarix: 14-11-2018 19:50 | Bölmə: Xəbər lenti
Müəllim dərsə qalstuksuz gələn tələbələri döyüb

Özbəkistanın Buxara Mühəndis- Texnologiya İnstitutunun ali riyaziyyat fənninin müəllimi dərsə qalstuksuz gələn tələbələri döyüb.

Reyting.az bildirir ki, müəlim lövhə qarşısına çıxardığı tələbələri söyərək hərəsinə bir sillə vurub.

Bununla bağlı video sosial şəbəkələrdə yayılandan sonra ali məktəbin rəhbərliyi insidentin 2018-ci il martın 6-da baş verdiyini söyləyib.

Tələbələri döyən müəllimin soyadı Muxitdinovdur. İnstitutun işçi qrupunun apardığı daxili araşdırma zamanı müəyyən edilib ki, o, “Yüngül sənaye” fakültəsinin 6 tələbəsinə qarşı güc tətbiq edib.

Müəllimin sözlərinə görə, xəbərdarlığa baxmayaraq, tələbələr dərsin gedişinə mane olduqlarına və tapşırıqları yerinə yetirmədiklərinə, eləcə də onun dərsinə qalstuksuz gəldiklərinə görə əsəbiləşib.

Bu izahata baxmayaraq, institutun rəhbərliyi Muxitdinovu işdən azad edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər