12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Birinci prezidentin həyat yoldaşı vəfat edib
Tarix: 16-11-2018 12:34 | Bölmə: Xəbər lenti
Birinci prezidentin həyat yoldaşı vəfat edib

Tatarıstan Respublikasının birinci prezidenti Mintimer Şaymiyevin həyat yoldaşı Səkinə 80 yaşında vəfat edib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Mintimer və Səkinə Şaymiyevlər 1961-ci ildə evləniblər, onlar 57 il birgə ömür sürüblər.

2007-ci ildə Səkinə Şaymiyevanın “Mintimerin kölgəsində” kitabı nəşr olunub. Kitab 2016-cı ildə təkrar nəşr olunub.

Şaymiyev 1991-ci ildən 2010-cu ilədək Tatarıstanın prezidenti olub. Bundan sonra respublikanın dövlət müşaviri postunu tutub.

Reyting.az




Bölməyə aid digər xəbərlər