Azərbaycanda ana yeni doğulan körpəsini öldürüb
Tarix: 17-11-2018 14:20 | Bölmə: Xəbərlər
Azərbaycanda ana yeni doğulan körpəsini öldürüb

Lənkəran rayonu, Girdəni kənd sakini, 21 yaşlı Fəridə Kərimzadə 10 gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib.

Reyting.az open.az-a istinadən bildirir ki, göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna aparılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq, körpə noyabrın 15-də dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Fəridə Kərimzadə körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, “dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu” diaqnozu ilə qeydiyyata götürülüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}