23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ölkəmizdə 5 gün iş olmayacaq - Təqvim
Tarix: 19-11-2018 11:50 | Bölmə: Xəbərlər
Ölkəmizdə 5 gün iş olmayacaq

Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də daxil olmaqla, yanvarın 1 və 2-də iş olmayacaq.

Yanvarın 3-ü, həftənin cümə axşamı isə növbəti iş günüdür.(Report)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}