17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bir neçə bələdiyyənin adı dəyişdirilib - Siyahı
Tarix: 30-11-2018 13:22 | Bölmə: Xəbərlər
Bir neçə bələdiyyənin adı dəyişdirilib

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilib.

Bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliklə, Ağsu rayonun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonunun Qasım İsmayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılacaq.

Qanun layihəsinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}