Poroşenko Putinə “iki pis xəbər” çatdırdı
Tarix: 30-11-2018 18:51 | Bölmə: Xəbərlər
Poroşenko Putinə “iki pis xəbər” çatdırdı

Ukrayna prezidenti Pyotr Poroşenko Britaniyanın Sky News telekanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putinə iki pis xəbər yollayıb.

Reyting.az bildirir ki, bu haqda Poroşenkonun mətbuat xidməti məlumat yayıb.

“Birinci: Rusiya prezidenti heç vaxt Ukraynanın prezidentinin kim olacağını həll etməyəcək. Bu qərarı Ukrayna xalqı həll edir”, - Poroşenko gələn il martın 31-də planlaşdırılan dövlət başçısı seçkilərinə toxunaraq deyib.

Ukrayna lideri qeyd edib ki, xalqa tam etibar edir, bəzi regionlarda hərbi vəziyyətlə bağlı seçkilərin təxirə salınmasını, yaxud vaxtının dəyişdiriləcəyini gözləməyə dəyməz.

“İkinci (pis xəbər): əgər hərbi vəziyyət haqqında qanuna görə biz seçkiləri ləğv edəriksə, bu halda yalnız bir adam udacaq. Bilirsiniz o kimdir? O Putindir”, - Poroşenko vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}