16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın yeni ombudsmanı seçiləcək
Tarix: 01-12-2018 17:25 | Bölmə: Xəbərlər
Azərbaycanın yeni  ombudsmanı seçiləcək

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcək.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, hökumətdəki mənbədən verilən məlumata görə, bu vəzifəyə seçki 2019-cu ilin mart ayında keçiriləcək.

Qeyd edilir ki, uzun müddətdir İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanova təqaüdə göndəriləcək.

Bu posta kimin namizəd irəli sürüləcəyi isə hələ müəyyən olunmayıb. Bu namizədin və ya namizədlərin qarşıdakı müddətdə müəyyən olunacağı gözlənilir.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Çünki qanunvericiliklə Ombudsmanın səlahiyyət müddəti bitsə də, yenisi seçilənə qədər işinə davam etməlidir.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə Ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Nəhayət 2 illik gecikmədən sonra bu seçkinin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}