12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
“Arsenal” Şimali London derbisində qalib gəldi - Hesab
Tarix: 02-12-2018 19:20 | Bölmə: Xəbər lenti
“Arsenal” Şimali London derbisində qalib gəldi

“Arsenal” İngiltərə Premyer-liqasının 14-cü turunda “Emireyts” stadionunda “Tottenhem”i 4:2 hesabı ilə məğlub edib.

Reyting.az xəbər verir ki, qalib komandanın heyətində iki dəfə Pyer-Emerik Onameyanq (10 və 56-cı dəqiqələrdə) fərqlənib, Aleksandr Lyakazett (74-cü dəqiqə) və Lukas Torreyra (77-ci dəqiqə) hərəyə bir qol vurublar.

Qonaq komandanın heyətinə 30-cu dəqiqədə Erik Dayer və dörd dəqiqə sonra Harri Keyn onbirmetrlik zərbədən fərqləniblər.

Qeyd edək ki, “Tottenhem” görüşü azlıqda başa vurub – Yan Vertonqen 85-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Bütün turnirlərdə 19 oyundur məğlubiyyət bilməyən “Arsenal” 30 xalla turnir cədvəlində 4-cü sıradadır. Londonun digər təmsilçisi “Tottenhem”in də 30 xalı var, lakin bir qədər aşağıda qərarlaşıb.

Unai Emrinin yetirmələri növbəti turda dekabrın 5-də “Mançester Yunayted”i qəbul edəcəklər. “Tottenhem” isə həmin gün “Sauthempton”la qarşılaşacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər